logo

Hacımurad Məhəmmədsəidov dünya kubokunda III yer üçün yarışacaq

21:52 16-12-2020 | icon 2443
Hacımurad Məhəmmədsəidov dünya kubokunda III yer üçün yarışacaq

Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

YeniAvropa  xəbər verir ki, beşinci yarış günündə - dekabrın 16-da 57, 70, 74, 92 və 125 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz İslam Bazarqanov (57 kq) debütdə Ukrayna təmsilçisinə məğlub olub.

Digər idmançımız Gitinoməhəmməd Hacıyev (70 kq) ilk görüşdə Küveyt güləşçisinə çətinlik çəkmədən qalib gəlib. Dörddəbir finalda isə türk həmkarına uduzub. Rəqib finala yüksəldiyi üçün G.Hacıyev dekabrın 17-də təsəlliverici görüşə çıxacaq.

Hacımurad Məhəmmədsəidov (92 kq) debütdə yerli pəhləvanı elə ilk hissədə xalçadan məyus yola salıb. Daha sonra ispan rəqibinə qalib gələn yığmamızın üzvü yarımfinala yüksəlib. Finalın bir addımlığında Moldova güləşçisi ilə gərgin mübarizə şəraitində keçən görüşdə xalların keyfiyyətinə görə məğlub olan idmançımız dekabrın 17-də bürünc medal üçün xalçaya çıxacaq.

Millimizin üzvü Camaləddin Məhəmmədov (125 kq) ilk görüşdə Türkiyə təmsilçisinə qalib gəlib. Ancaq daha sonra Polşa güləşçisinə yenilib. Rəqibin finala yüksəlməsi C.Məhəmmədova dekabrın 17-də təsəlliverici görüşə çıxmaq şansı verib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər.