logo

Güləşçimiz Elis Manolova dünya kubokunda üçüncü oldu

20:52 16-12-2020 | icon 2303
Güləşçimiz Elis Manolova dünya kubokunda üçüncü oldu

Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

 YeniAvropa xəbər verir ki, güləşçimiz Alyona Kolesnik (57 kq) ilk görüşdə hindistanlı idmançıya məğlub olub. Rəqib finala yüksəldiyi üçün A.Kolesnik dekabrın 16-da təsəlliverici görüşə çıxıb və alman həmkarına qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən A.Kolesnik beşinci olub.

Mübarizəyə dörddəbir finaldan start verən Elis Manolova (65 kq) isə Moldova təmsilçisinə uduzub. Rəqib finaladək irəliləyib. Bu isə güləşçiyə bürünc medal uğrunda mübarizə aparmaq şansı yaradıb. Türkiyə güləşçisini üstələyən E.Manolova fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə ediblər.