logo

UEFA Çempionlar Liqası pley-off mərhələsinin püşkü atılıb

16:10 14-12-2020 | icon 2247
UEFA Çempionlar Liqası pley-off mərhələsinin püşkü atılıb

Dekabrın 14-də futbol üzrə UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü atılıb.

 YeniAvropa xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib.

Püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərində yer alıblar. Səkkizdəbir finalda eyni ölkə təmsilçiləri və eyni qrupda yer alan klublar bir-biri ilə qarşılaşmayacaqlar. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu isə evdə keçirəcək.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Borussiya Mönhenqladbax” (Almaniya) - “Mançester Siti” (İngiltərə);

“Latsio” (İtaliya) - “Bavariya” (Almaniya);

“Atletiko Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə);

“Leyptsiq” (Almaniya) - “Liverpul” (İngiltərə);

“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya);

“Barselona” (İspaniya) - “Paris Sen-Jermen” (Fransa);

“Sevilya” (İspaniya) - “Borussiya Dortmund” (Almaniya);

“Atalanta” (İtaliya) - “Real Madrid ” (İspaniya).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü İstanbulda təşkil olunacaq.

0-1