Azərbaycanın yunan-Roma güləşçisi İslambek Dadov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yükləsib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib. Qeyd edilib ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Ermənistan təmsilçisi Slavik Qalstyanla üz-üzə gəlib. Qarşılaşma Dadovun qələbəsi ilə yekunlaşıb. O, 1/8 finalda Nilton Qarsiyanı (Peru), təsnifat mərhələsində isə Ruben Marvikeni (İtaliya) məğlub edib.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli 1/4 finalda, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) 1/8 finalda, Sənan Süleymanov isə təsnifat mərhələsində uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə təsəlliverici görüşdə iştirak edəcəklər.
Qeyd edək ki, Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.