logo

İranda daha 295 nəfər koronavirusdan ölüb

16:11 09-12-2020 | icon 2058
İranda daha 295 nəfər koronavirusdan ölüb

Son 24 saat ərzində İranda 10 min 223 nəfər koronavirusa yoluxub, 295 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyini mətbuat katibi Sima Səadət Lari verib. Onun sözlərinə görə bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 72 min 620-ə, ölənlərin sayı isə 51 min 212-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5 min 779 xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 765 min 639 xəstə isə sağalaraq evə buraxılıb.

İran alimlərinin koronavirusa qarşı hazırladıqları vaksinin insanlar üzərində sınaqdan keçirilməsinə başlanılıb.