DÇ-2022: Millimizin seçmə mərhələdəki rəqibləri bəlli oldu
Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
YeniAvropa xəbər verir ki,İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib. Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub.
Püşkatmanın nəticəsinə görə komandalar aşağıdakı qruplarda mübarizə aparacaq:
A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, AZƏRBAYCAN.
B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo.
C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva.
D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan.
E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya.
F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova.
G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq.
H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta.
I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino.
J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn.
Qrup qalibi olan 10 yığma DÇ-2022-yə birbaşa vəsiqə qazanacaq, ikinci yerin sahibləri isə "pley-off"da iştirak edəcəklər.Komandalar qruplarında ev və səfərdə olmaqla, bir-biriləri ilə iki dəfə qarşılaşacaqlar. Bu görüşlər 2021-ci ilin mart - noyabr aylarında keçiriləcək.
Qrup ikinciləri olan 10 yığma ilə UEFA Millətlər Liqasından gələcək iki milli komanda isə "pley-off" matçlarına çıxaraq dünya çempionatına vəsiqə üçün mübarizə aparacaq.
Bir matçlıq sistemlə oynanılacaq 12 komandalı "pley-off" matçlarının ardından dünya çempionatına qatılacaq digər 3 ölkə də bəlli olacaq.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb