86 futbolçunun virusa yoluxmasının əsas günahkarı AFFA-dır:ŞOK İDDİA
Peşəkar Futbol Liqası bu gün milli çempionatı dayandırmaq təhlükəsi ilə üz-üzə qalıb. Premyer Liqada tüğyan edən koronavirus bəlası AFFA məmurlarının özbaşınalığının nəticəsidi. Karantin qaydalarına əməl edilməməsi, dezinfeksiya tədbirlərinin görülməməsi bugünkü acınacaqlı vəziyyətə gətirib çıxarıb.
YeniAvropa xəbər verir ki, Peşəkar Futbol Liqasının ötən gün 12-ci turun 3 oyunun dayandırması qərarını verdikdən sonra "futbol.info" belə bir iddia ilə çıxış edib. Saytın yazdığına görə, turun oyunlarının təxirə salınmasının səbəbi azı 4 komandada aktiv xəstələrin sayının çoxluğudu.
Bu səhərə olan məlumata görə, Premyer Liqada çıxış edən 8 komandanın 86 üzvündə (bura yalnız məşqçi və futbolçular daxildi) COVİD-19 aşkarlanıb. Hazırda 55 aktiv xəstə var və bu, qorxulu rəqəmdi. 8 komandada məşqçi və futbolçuların ümumi sayıın 200-ü kecmədiyini nəzərə alsaq, deməli, 45 faizlik yoluxma var.
Düzdü, son vaxtlar dünyada, o cümlədən ölkəmizdə yoluxma sayı fantastik həddədi. Bununla belə, klublarda nəzarət ciddi idi və noyabradək futbolçuların yoluxmasıyla bağlı informasiyalar yayılmırdı. Yalnız "Sabah”da bir neçə futbolçu yoluxmuş, onlarla bağlı da təcili tədbir görülmüşdü.
Amma milli komandanın son toplanışından sonra vəziyyət idarəolunmaz hal aldı. 10 günlük Avropa gəzintisi zamanı yığma üzvlərinə ciddi nəzarət edilmədi və vəziyyət gərginləşdi. Təsadüfi deyil, Sloveniya, Xorvatiya və Lüksemburqdakı matçlardan sonra 3 futbolçu, 1 inzibatçı və 1 tərcüməçi karantinə alındı, Azərbaycana qayıtmalarına icazə verilmədi. Əvəzində onlarla təmasda olmuş digər yığma üzvləri, eləcə də nümayəndə heyəti daşıyıcı kimi qayıtdı.
Adətən xaricdən gələn şəxslər 14 günlük karantinə alınır. Amma millidən dönən futbolçular Lüksemburqdakı matçdan cəmi 4 gün sonra Premyer Liqa oyununa çıxdılar. Və ardınca kütləvi yoluxma ilə bağlı xəbərlər sıralandı.
AFFA rəsmiləri çarter reysindən istifadə etdiklərini, həmçinin futbolçuların test verdiyini deyə, məsuliyyətdən boyun qaçırmağa çalışa bilər. Amma reallıq odur ki, test bəzən yanıldıcı olur, hətta xəstəliyin ilk dövründə neqativ çıxması tam təbiidi. Necə ki, millinin düşərgəsində olduğu ikinci gün hərarəti qalxan Təmkin Xəlilzadədə gedərkən problem aşkarlanmamışdı. Lakin sonradan Rahil Məmmədovun, Maksim Medvedevin, inzibatçının və tərcüməçinin də yoluxduğu aydınlaşdı.
Və belə fövqəladə durum olduqdan sonra vətənə qayıdan komanda karantinə alınmalı, ikihəftəlik karantin müddəti bitəndən sonra futbolçular klublara buraxılmalıydı. AFFA məsuliyyətsizlik etdi və həmin vaxtadək yalnız bir klubda özünü göstərmiş koronavirus bütün çempionatı çənginə aldı.
Düzdü, AFFA bunacan "Sabah”ın bir futbolçusunda – Bəhlul Mustafazadədə COVİD-19-un qeydə alındığını əsas götürüb, mənbəni başqa yerdə göstərə bilər. Lakin fakt odur ki, Bəhlul və 2 gənc yoldaşı vaxtında karantinə alındı, milliyə qoşulmadı. Hətta virusun daşıyıcısı onun komanda yoldaşı Xəlilzadə olubsa da, günah AFFA-nın boynundadı. Təmkin və digər "Sabah”lılar komanda yoldaşlarından təcrid olunmalıydı, təkrar testlər götürülməliydi ki, problem hamını əhatə etməsin. Halbuki bizdə olan məlumata görə, yığmada hər şey məhz hamıyla təmasda olmuş, koronavirusa yoluxan inzibatçıdan başlayıb.
İstənilən halda, komanda karantinə alınmalıydı. Bunu etməyən AFFA indiki mənzərənin günahkarıdı. Çünki yığmanın toplanışının bitməsinin 14 günü bu həftə yekunlaşdı. Və məlum oldu ki, sağlam qayıtdığı deyilən əksər yığma üzvləri ən azı daşıyıcı imiş, zamanla əksəriyyətində test nəticələri pozitiv çıxdı. Siyahıya baxdıqda bütün suallara aydınlıq gəlir.
"Sumqayıt”dan milliyə çağırılan 6 futbolçunun hamısı – Aydın Bayramov, Tellur Mütəllimov, Elvin Bədəlov, Rəhim Sadıxov, Xəyal Nəcəfov, Vüqar Mustafayev – hazırda yataq xəstəsidi. Və onlar klubda daha 12 nəfəri yoluxdurub.
"Neftçi”dən Anton Krivotsyuk, Mert Çelik və Mirabdulla Abbasovun yığmadan qayıtdıqdan sonra virusa yoluxduğu aydınlaşdı. Onlar sağlam getmişdilər, hazırda isə Bakı klubunda 14 nəfər bu problemdən əziyyət çəkir.
"Keşlə”nin milliyə yollanan 4 futbolçusundan üçü yatağa düşdü. Onadək çempionat oyunları öncəsi verdikləri bütün testlər neqativ çıxmış Şəhriyar Əliyev, Rəhman Haciyev və Vüsal İsgəndərlinin sayəsində klubda koronaviruslu xəstələrin sayı 15-ə çatıb.
"Sabah”ın iki oyunçusundan biri xaricdə (Təmkin Xəlilzadə) karantinə alındısa, Çoşqun Diniyev qayıdıb komandasına qoşuldu və hazırda paytaxt klubunda xəstələrin sayı 13-ə çatıb.
"Qarabağ”da Maksim Medvedevlə Rahil Məmmədovun problemi elə yığmanın düşərgəsində aşkar olundu, karantinə alındılar. Abbas Hüseynov, Mahir Emreli və Musa Qurbanlı isə vətənə döndükdən sonra simptomlar üzə çıxdı. Ağdamlılarda COVİD-19-lu futbolçular yalnız milli üzvləridi. Komandanın digər üzvlərində, o cümlədən legionerlərdə yoluxma qeydə alınmayıbsa, bu, klubun uğurudu. Deməli, yığmada görülməyən tədbirləri ağdamlılar yerinə yetirib.
"Qarabağ”ın millidə olan daha 5 oyunçusunun (Emil Balayev, Şahrudin Məhəmmədəliyev, Bədavi Hüseynov, Qara Qarayev və İsmayil İbrahimli) yoluxmaması qeyri-adi görünə bilər. Amma məlumatınız olsun ki, bu oyunçulardan bəziləri hələ yayda, ölkədə futbolun dayandığı zaman ev şəraitində xəstəliyi keçirib. Bədavinin belələrindən olduğunu dəqiq bilirik. Ona görə də Hüseynov və daha bir neçə oyunçu bu dəfə yoluxmadan qaçıbsa, səbəbi bu yolu daha öncə keçmələridi.
Azər Salahlı (Keşlə), Amin Seydiyev (Sabah), Elvin Camalov (Zirə), Ramil Şeydayev (Sabah), Namiq Ələsgərov (Neftçi) millinin düşərgəsindən sağlam dönən azsaylı futbolçulardandı. Ola bilsin, onlar özləri yoluxmadan daşıyıcı kimi "xidmət göstəriblər”. İstənilən halda, millinin düşərgəsində olan 29 oyunçudan 19-da (60 faiz) koronavirus testləri pozitiv çıxdısa, deməli, milli komandaya cavabdeh olan AFFA lazımi tədbirləri görmədiyinə görə birbaşa günahkardı.
Qənaətimizi təsdiq edən daha bir fakt "Zirə” və "Qəbələ”ylə bağlıdı. Bu komandaların hərəsində hazırda yalnız 1 aktiv xəstə var. "Zirə” millidə cəmi bir oyunçu ilə təmsil olunmuşdu, daşıyıcı sayı çox deyildi. Klub da vaxtında tədbir gördü, Elvin Camalovu imkan daxilində təcrid etdi, millidən gəldikdən sonrakı ilk oyunda start heyətinə salmadı. Klubun yoluxan oyunçusu Kərim Diniyevin "Sabah”dakı qardaşı Coşqundan "ziyan çəkdiyini” də iddia etmək olar.
"Qəbələ”yə gəlincə, millidə təmsilçisi olmayan bu komandada yığmanın toplanışından sonrakı ilk turda COVİD-19 xəstəsi yox idi – çünki bunu Avropadan ixrac edən olmamışdı. Amma koronavirus daşıyıcısı çox olan "Neftçi” ilə matçdan sonra say birdən-birə 8-ə qalxdı. Düşərgədə millidən gələn, deməli, gizli daşıyıcı olmadığından bunun davamını görmədik və hazırda say birə enib.
Xatırladaq ki, milli komandamız noyabrın 8-də təlim-məşq toplanışına başlamış, noyabrın 11-də Lyublyanada Sloveniya ilə yoldaşlıq görüşü keçirmişdi. Təmkin Xəlilzadə, inzibatçı və tərcüməçini bu ölkədə karantində qoymağa məcbur olan bizimkilər, noyabrın 14-də Monteneqro ilə oyun ərəfəsində Rahil Məmmədovu eyni səbəbdən itirmişdi. Ayın 17-də Lüksemburqla matçı isə sonradan bu ölkədə 14 gün qalmağa məcbur olan Maksim Medvedev buraxmışdı. Komanda Bakıya qayıtdıqdan sonra "qaynar qazan”dan çıxan futbolçular karantinə alınmadan klublara buraxılmışdı.
Və indi klublarda xəstə sayı 86-dı. Hələ bu futbolçuların ailələrinə hansı problemi yaratdığını bilmirik. Musa Qurbanlı atası Qurban Qurbanovun yatağa düşməsinə səbəb olubsa, indi görün futbol təsərrüfatından tanımadığımız neçə-neçə ailə AFFA-nın məsiluyyətsizliyindən əziyyət çəkir. TƏBİB-in bu məsələni araşdırmasına ehtiyac var.
Onu da qeyd edək ki, klublarda son günlər COVİD-19-a yaxalanmış 20 nəfərdən çox klub işçisi də var.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb