"Qarabağ"ın 7 futbolçusu koronavirusa yoluxdu:turun bütün oyunları təxirə salındı
Azərbaycan Premyer Liqasının XII turunun dekabrın 6-na təyin edilən “Qarabağ” – “Qəbələ” oyunu keçirilməyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından bildirlib. Qeyd edilib ki, buna səbəb “Qarabağ”ın heyətində 7 futbolçuda COVID-19 testinin nəticəsi pozitiv çıxması olub.
Məlumatda daha sonra bildirilib ki, sanitar -profilaktik tədbirlərlə əlaqədar olaraq, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınıb.
Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.