logo

"Qarabağ"ın daha 5 futbolçusu koronavirusa yoluxdu

14:49 05-12-2020 | icon 2681
"Qarabağ"ın daha 5 futbolçusu koronavirusa yoluxdu

Ağdamın "Qarabağ" futbol komandası UEFA Avropa Liqasının qrup mərhələsində İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunun "Qəbələ" ilə matçının hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib.

 YeniAvropa klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın daha 5 futbolçusunda testin nəticəsi müsbət çıxıb. Belə ki, Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.

Xatırladaq ki, bundan əvvəl  klubun əsas oyunçularından virusa yoluxmuş Mahir Emreli və Abbas Hüseynov müalicələrini davam etdirirlər.

Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev isə müalicəsini tamamlayaraq Bakıya qayıdıb.