logo

Ərdoğan: Bundan sonra Fransa bir vasitəçi kimi öz etibarlılığını itirib

15:33 04-12-2020 | icon 1722
Ərdoğan: Bundan sonra Fransa bir vasitəçi kimi öz etibarlılığını itirib

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir. Minsk qrupunun həmsədrlərindən olan Fransanın bu cür bitərəf olmayan yol tutması düşündürücüdür. Bundan sonra Fransa vasitəçi kimi etibarlılığını itirib. Makronun prezidentliyi dövründə Fransa çox təhlükəli dövr yaşayır. “Sarı jiletlilər” “Qırmızı jiletlilər”ə çevrilə bilər. İdarəçi olaraq hansı qərarı verəcəklərini görəcəyik.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

R.T.Ərdoğan qeyd edib ki, prezident İlham Əliyevin fransızlara bir tövsiyəsi var idi. Dedi ki, erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər. Mən də eyni məsləhətləri verirəm. Bu münaqişəni azərbaycanlı qardaşlarım özləri həll etdilər və hazırkı vəziyyət yarandı.

Daha sonra COVID-19 peyvəndi haqqında məlumat verən Türkiyə prezidenti bu istiqamətdə Çinlə yanaşı, Rusiya ilə də danışıqların davam etdirildiyini bildirib.