Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq
Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsi Fransa parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir. Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir.
YeniAvropa xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “Qətnamənin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan, məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışır. Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Biz Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası və sivilizasiyalararası toqquşma kimi qələmə vermək cəhdlərini rədd edir, sülh və təhlükəsizlik üçün ciddi təhdid olan bu cür yanaşmanı qətiyyətlə pisləyirik.
Bu qətnamənin hüquqi qüvvəsi yoxdur. Lakin Senatın halında olduğu kimi, Milli Assambleyanın sənədinin siyasi mənasını nəzərə alaraq, bu kökündən yanlış qətnamələrin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələri, eləcə də Azərbaycan ilə Fransa arasında mövcud olan ikitərəfli sənədlər ilə ziddiyyət təşkil etdiyini vurğulamaq istərdik.
Fransa qanunverici orqanının bu addımı ölkənin vasitəçi mandatına ciddi zərbə vurur, eləcə də ikitərəfli münasibətlərə kölgə salır.
Onu da vurğulamaq lazımdır ki, Fransa Milli Assambleyası bu günədək etnik təmizləməyə məruz qalan və fundamental insan hüquqları pozulan bir milyon azərbaycanlı haqqında bir dəfə də olsun dinləmə keçirməyib və hər hansı qətnamə qəbul etməyib. Bu isə Fransa qanunverici orqanının tam qərəzli mövqe tutduğunu açıq şəkildə nümayiş etdirir.
Milli Assambleya tərəfindən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəaları ilə tam ziddiyyət təşkil edən yanaşmanın sərgilənməsi həm bölgədə, həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin edilməsi səylərinə ciddi xələl gətirir.
Qeyd etmək istətdik ki, Milli Assambleyanın əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradıldı
Azərbaycan-Əfqanıstan parlament əməkdaşlığı müzakirə olunub
Ceyhun Bayramov Sergey Lavrovla Qarabağı müzakirə edib
Azərbaycanda daha 349 nəfər koronavirusa yoluxdu, 12 nəfər öldü
“Azercell”in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
İlham Əliyev:“Bu da...gorbagor olmuş icra başçısının otağı”
Rasim Balayev:“Əməkdar artist adını 3000, xalq artisti adını 5000 manata satırdılar“
Cari ildə Bakı ilə Minsk arasında yüksək səviyyəli səfərlər planlaşdırılır
İcazəsiz hərbi forma geyinənlər 500 manatadək cərimələnəcək
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt bəlli oldu
İlham Əliyev: Məscidləri bu günə qoyan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz
“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları birgə təlimlər keçirəcək
Meliorasiya İdarəsi 1 gündə 3 tender keçirdi-inanılmaz maxinasiya
Paytaxt sakinindən 25 kq-dan çox heroin götürülüb
Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin videogörüntüləri yayıldı
Zərif Moskvada Lavrovla Dağlıq Qarabağı müzakirə edəcək
Yanvarın 16-na olan hava proqnozu
Sabah paytaxtın küçə və prospektləri dezinfeksiya ediləcək
İlham Əliyev 38 il əvvəl Şuşada çəkdirdiyi fotonu nümayiş etdirdi
Erməni vandallarının güllələdikləri heykəllər Şuşaya qaytarıldı
Prezident və xanımı Şuşa məscidini ziyarət ediblər - Fotolar
İlham Əliyev Füzuli-Şuşa yolunun təməlini qoyub, Şuşaya səfər edib
Azərbaycanda ən yaşlı pensiyaçı Tamam nənənin 131 yaşı var
Hirkan Milli Parkındakı yanğının söndürülməsinə aviasiya cəlb edildi