logo

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

11:55 03-12-2020 | icon 1666
Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnikZakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. 

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.