logo

Dünyada koronavirusdan ölənlərin sayı 1,5 milyon nəfərə yaxınlaşır

17:57 02-12-2020 | icon 2219
Dünyada koronavirusdan ölənlərin sayı 1,5 milyon nəfərə yaxınlaşır

Dünyada koronavirus  infeksiya səbəbindən ölənlərin sayı 1 milyon 500 min nəfərə yaxınlaşır. 

 YeniAvropa xəbər verir ki, pandemiyanın statistikasını aparan "Worldometer" saytının son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 64 milyon 343 min 814 nəfər təşkil edib. İnfeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 490 min 144 nəfərə çatıb.

Eyni zamanda, 44 milyon 616 min 262 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 18 milyon 237 min 408 xəstədən 106 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.