logo

28 ilin həsrəti bitir-Laçının işğaldan azad olunmasına 4 saat qalır

19:59 30-11-2020 | icon 2086
28 ilin həsrəti bitir-Laçının işğaldan azad olunmasına 4 saat qalır

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi arasında noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Ermənistanın işğalçı qüvvələri dekabrın 1-də Laçın rayonunu tərk edəcək və rayon Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Başqa sözlə, Laçının 28 ildən çox davam edən işğalının bitməsinə saatlar qalır.

 YeniAvropa xəbər verir ki, Laçında qanunsuz məskunlaşdırılmış ermənilərin əksəriyyəti bu rayonu tərk edib, onlar gedərkən on illərdir qanunsuz yaşadıqları evləri dağıdıb ya da ki, yandırıblar.

 

Laçının Azərbaycanın nəzarətinə qaytarılması ilə bağlı dövlət strukturları da müvafiq hazırlıq işləri aparırlar. Məsələn, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin lövhəsi hazırlanıb. Lövhə həmin strukturun rayonda yerləşəcək inzibati binasından asılacaq.

Eyni zamanda rayon mərkəzi sayılan Laçın şəhəri üçün, həm də rayonun ayrı-ayrı kəndləri üçün nişanlar hazırlanıb.