Tovuzlu əsgərdən sevdiyi qızın anasına xəbərdarlıq :“Cəbhədən dönən kimi..."
Bu günlərdə sosial şəbəkədə yayılmış bir videogörüntü izləyicilərin böyük marağına səbəb oldu. Videoda əsgərlərimizdən biri sevdiyi qızın valideynlərinə səslənir. Bildirir ki, istədiyi qızı ona verməsələr, qaçıracaq. O, qızın valideynlərinin müharibədən əvvəl ona “yox” dediklərini xatırladaq, yarızarafat-yarıciddi xəbərdarlıq edir. Əsgər yoldaşları da qızı qaçırmaqda ona kömək etməyə hazır olduğunu bildirirlər.
YeniAvropa xəbər verir ki, həmin video ilə məşhurlaşan əsgər Ayaz Orucov bu haqda Modern.az-a da danışıb.
- Ayaz, videoya görə artıq hər kəs tərəfindən tanınırsan. Məşhur videonu qızın valideynləri görübmü?
- Əlbəttə, videonu çəkmişəm qızın valideynləri də görüb, sözümün üstündə də duracağam. Sevdiyim qızı mənə verməsələr, videoda dediyim kimi, qaçırdacağam.
- İndi həmin xanımla danışa bilirsən?
- Xeyr, valideynləri icazə vermir, danışa bilmirik. Əlaqəmizi kəsiblər, mənim videomdan sonra qızın nömrəsini də qırıblar ki, danışa bilməyək.
- Sirr deyilsə, nəyə görə valideynləri qızlarının səninlə evlənməsinə razı deyillər?
- Bilmirəm, bəlkə də əsgərliyə getməyən birinə vermək istəyirlər qızlarını, mənim kimi müharibədə olan birinə yox. Əsgərlikdən yayınmağa çalışan adamlar var ki... Yəqin qızlarını elə birinə layiq görürlər...
- Hərbi xidmətdən qayıtdıqdan sonra nələr etməyi düşünürsən?
- Videonu çəkəndə nə demişəmsə, həmin sözlərimin üzərində duracağam. Mehribançılıqla olacaqsa, başqa məsələ, olmasa sevdiyim qızı qaçıracağam.
- Bəs sənin ailən bu haqda nə düşünür?
- Mən anamla yaşayıram. Anam hər zaman mənə dəstək olur. O da deyir ki, “necə istəyirsənsə elə et. O həyatı sən yaşayacaqsan”.
- Sevdiyin qızla necə tanış olmusan? Uşaqlıqdan sevirsiniz bir-birinizi?
- Biz Tovuz rayonunda qonşuyuq. Onlar 8-ci, biz 10-cu küçədə yaşayırıq. Bəli, uşaqlıqdan münasibətimiz var. Artıq iki-üç il olar ki, bir-birimizi sevirik. Mən hərbi xidmətdən qayıdandan sonra evlənmək niyyətimiz var.
- Döyüşə gedəndə nələr düşünürdün, necə hisslərlə getmişdin?
- Mən 1999-cu il təvəllüdlüyəm. Ümumiyyətlə, müharibə görməmişdim. İlk dəfə Füzuli istiqamətindən bizə hücum əmri gələndə, Allahdan istədim ki, əgər şəhid olaramsa, parçalanmış şəkildə olum, üzüm belə tanınmasın. Çünki əgər mənim tabutum evə gəlsəydi, anam deyəcəkdi ki, üzünü görüm. O şəkildə anam məni görsə, mənimlə birlikdə o da öləcəkdi.
Amma şükürlər olsun ki, artıq müharibə bitib. Mən də sağ-salamat vətənə borcumu yerinə yetirə bildim.
- Əsgərliyə könüllü getmisən?
- Bəli könüllü olaraq döyüşlərin ilk günündən buradayam. Hələ müharibə başlamazdan öncə cəbhəyə ilk yollanan biz olmuşuq. Sentyabrın 21-dən gəldim, 27-si döyüşlər başladı. Əsgərliyimi iki il öncə bitirmişdim.
- Dedin ki, ananla tək yaşayırsan, onunla danışırsanmı, necədir?
Yaxşıdır. Ordudan bir günlük icazə almışdım, anam bir az xəstələnmişdi. Hazırda ona baş çəkmək üçün Tovuza gəlmişəm, elə bu gün də əsgər qardaşlarımın yanına qayıdacağam.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq