logo

“Belavia" Minsk-Bakı aviareysini  bərpa edir

20:55 26-11-2020 | icon 3388
“Belavia" Minsk-Bakı aviareysini  bərpa edir

Belarusun “Belavia" aviaşirkəti dekabrın 4-dən etibarən Minsk-Bakı istiqamətində birbaşa aviareysləri bərpa edir.

 YeniAvropa xəbər verir ki, şirkətdən verilən məlumata görə, uçuşlar həftədə 4 dəfə ( çərşənbə axşamı, cümə, şənbə və bazar günləri) həyata keçiriləcək.

Qeyd edilib ki, təyyarə Bakıdan saat 04:15-də qalxacaq, 06:50-də isə Minskə çatacaq.