DİN koronavirusla bağlı əhaliyə çağırış etdi
Daxili İşlər Nazirliyi(DİN) vətəndaşları qaydalara əməl etməyə çağırıb.
YeniAvropa xəbər verir ki,DİN-dən verilən məlumata görə, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür:“Nazirliyin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır.
Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.
Noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, biri isə xəstəxanaya yerləşdirilib. Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb”.
“Vətəndaşların diqqətinə çatdırırıq ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir.
Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyə olunur.
Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq”, - deyə DİN-dən qeyd edilib.
Türkiyədə daha 137 nəfər koronavirusdan həyatını itirib
FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb
Nazirlər Kabineti 2021-ci il üçün prioritetləri müəyyənləşdirib
FHN Xırdalandakı partlayışla bağlı məlumat yayıb
Ötən il “Azercell”in LTE şəbəkəsi öllkə üzrə 85 %-dən çox genişlənib
Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndi-VİDEO
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
“Azərbaycan və Ermənistan arasında əldə olunan sülhü alqışlayırıq”-Avropa Şurası baş katibi
250 qırqovul vəhşi təbiətə buraxılıb
Füzuli rayonunun işğaldan azad edilmiş Kürdlər kəndi- VİDEO
Suraxanı rayonunda cinayətkar dəstə üzvləri tutulublar
XİN rusiyalı deputatın Azərbaycana qarşı işlətdiyi ifadələr pislədi
Nazir Vilayət Eyvazov Əli Həsənovun oğlunu işdən çıxardı
Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçilib
Belçikalı Hendrik Daems ikinci dəfə AŞ PA-nın prezidenti seçilib
Baş prokuror: Ötən il 30 nəfər Azərbaycana ekstradisiya edilib
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Nardaranda silahlı şəxs saxlanılıb
2020-ci ildə Azərbaycanda 67,9 min oğlan, 59,6 min qız doğulub
Neft Fondu dövlət büdcəsinə 112,1 milyard manat vəsait köçürüb
Bakıda Azərbaycan və İranın xarici işlər nazirlərinin görüşü keçirilir
Sabah Bakıda 9° isti olacaq
Azərbaycanda ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
Neft Fondu ötən il “Azəri-Çıraq-Günəşli”dən 3,5 milyard dollar gəlir əldə edib