logo

Kəlbəcərin azad olunması münasibətilə Bakıda avtoyürüş keçirilib

14:11 25-11-2020 | icon 2219
Kəlbəcərin azad olunması münasibətilə Bakıda avtoyürüş keçirilib

Prezident, Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.

 YeniAvropa xəbər verir ki, müraciətdən sonra Bakı sakinləri Heydər Əliyev Mərkəzindən Şəhidlər xiyabanı istiqamətində yürüş edib.

Avtomobillərin üzərinə Azərbaycan, Türkiyə və Rusiya bayraqları asmış yürüş iştirakçıları “Kəlbəcər azaddır”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndirirlər.