logo

UEFA Avropa Liqasının oyununu azərbaycanlı hakimlər idarə edəcək

19:10 24-11-2020 | icon 2100
UEFA Avropa Liqasının oyununu azərbaycanlı hakimlər idarə edəcək

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək AEK (Yunanıstan) – “Zorya” (Ukrayna) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, AEK – “Zorya” matçı noyabrın 26-da Afinada keçiriləcək.