logo

Avropa çempionatında Azərbaycanı 11 bədii gimnast təmsil edəcək

18:56 24-11-2020 | icon 2093
Avropa çempionatında Azərbaycanı 11 bədii gimnast təmsil edəcək

Noyabrın 26-29-da Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək.

YeniAvropa xəbər verir ki, qitə birincilyində Azərbaycanı 11 idmançı təmsil edəcək.

Çempionatda böyüklərin yarışında Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorikina, Arzu Cəlilova və Zöhrə Ağamirova çıxış edəcəklər. Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova isə yeniyetmələrin mübarizəsində güclərini sınayacaqlar.

Çempionatda 23 ölkədən 24 böyük, 57 yeniyetmə gimnast, 6 qrup hərəkətləri komandası çıxış edəcək.