logo

Putin Qarabağ münaqişəsi zonasında vəziyyətin sabitləşdiyini deyir

17:11 24-11-2020 | icon 1946
Putin Qarabağ münaqişəsi zonasında vəziyyətin sabitləşdiyini deyir

Bütövlükdə Qarabağ münaqişəsi zonasında vəziyyət sabitləşir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin  xarici dövlətlərin ölkəsinə yeni təyin edilmiş səfirlərinin etimadnamələrini qəbul edərkən çıxışında səsləndirib.

RF prezidenti xatırladıb ki, Rusiya ATƏT-in Minsk qrupunun əldə etdiyi əsas razılaşmalara riayət etməklə münaqişənin nizamlanmasında vasitəçi kimi səy göstərir. V.Putin ümidvar olduğunu bildirib ki, müvafiq beynəlxalq təşkilatlar regionda zərər çəkmiş rayonların sakinlərinə kömək göstərilməsində, infrastrukturun bərpasında, normal dinc həyat şəraitinin formalaşmasında fəal iştirak edəcəklər.

Rusiya prezidenti deyib: “Biz bunu əsas götürürük ki, bütün bu tədbirlər uzanan münaqişənin ədalətli qaydada, Azərbaycan və erməni xalqlarının mənafeyinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün ilkin şərait yaradacaq”.