logo

Teymur Rəcəbov Levon Aronyana qalib gəldi

22:55 23-11-2020 | icon 2926
Teymur Rəcəbov Levon Aronyana qalib gəldi

Dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı il noyabrın 22-də start götürən şahmat üzrə onlayn "Skilling Open” turniri davam edir.

YeniAvropa xəbər verir ki,  Azərbaycanın ən güclü şahmatçılarından olan Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb. Belə ki, şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki,turnirin mükafat fondu 1,5 milyon dollardır. Turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra "pley-off" mərhələsi start götürəcək.

Xatırladaq ki, “Skillinq Open” turnirində Teymur Rəcəbovun rəqibləri aşağıdakılar olacaq: M.Karlsen (Norveç), Liren Dinq (Çin), David Anton (İspaniya), Sergey Karyakin, Yan Nepomnyaşi, Pyotr Svidler (hər üçü Rusiya), Le Quanq Liem (Vyetnam), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Aniş Giri (Niderland), Yan-Kşiştof Duda (Polşa), Maksim Vaşye-Laqrav (Fransa), Alireza Firuzca (FİDE), Vidit Quyrati (Hindistan), Levon Aronyan (Ermənistan).