"COVID-19"a yoluxanların ürəyində çapıq izlərinə rast gəlinir
Yeni növ koronavirus (COVID-19) daxili orqanları da sıradan çıxarır. Virus ilk növbədə həyatı vacib orqanları zədələyir. Mütəxəssislər bildirirlər ki, COVID-19 daha çox ağciyər və ürəkdə fəsadlar yaradır.
YeniAvropa xəbər verir ki, pediatr-infeksionist Aytən Ziyadovanın verdiyi məlumata görə, infeksiya əvvəlcə ağciyər toxumalarını zədələyir: “Ən böyük fəsad ondan ibarətdir ki, ağciyərlərin yarıdan çoxu zədələnəndə çapıqlaşma baş verir. Ümumiyyətlə, istənilən iltihabi prosesdən sonra onun sonuncu mərhələsi kimi çapıqlaşma olur. Əgər iltihabın həcmi böyükdürsə, bu, həmin orqanın fəaliyyətini zəiflətmiş olur”.
Paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə Səfərova isə bildirib ki, çapıq izlərinə hətta COVID-19-a yoluxanların ürəyində də rast gəlinir. Virus damar sistemini və ürək əzələlərini də zədələyə bilir: “Ürək əzələlərinin zədələnməsi bir çox ritm pozuntularına, həyatı təhlükəli aritmiyalara səbəb ola bilər. Eyni zamanda, ürəyin yığılma qabiliyyətinin zəifləməsinə və get-gedə azalaraq daha da pisləşməsinə, xəstədə kəskin və xroniki ürək çatışmazlığının əmələ gəlməsinə, miokard infarktına aparıb çıxarması mümkündür. Damar sistemi vasitəsilə damar divarının zəifləməsinə, həm də birbaşa qana təsir edərək laxtalanmanın artmasına, trombların əmələ gəlməsinə, ayaqlarda dərin venaların zədələnməsinə aparıb çıxarır”.
Həkimlər iddia edirlər ki, xüsusi risk qrupuna aid olanlarda koronavirusun izləri daha dərin qalır. Bura şəkərli diabet, onkoloji, ürək çatışmazlığından əziyyət çəkənlər və hipertoniklər aiddir. Ona görə də virusa yoluxanların ümumi müayinədən keçməsi tövsiyə olunur. Yalnız bu halda zədələnmiş daxili orqanların vaxtında müalicəsinə başlamaq və müsbət nəticələr əldə etmək olar.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq