logo

Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqı təbrik edib

17:13 20-11-2020 | icon 2184
Mehriban Əliyeva Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqı təbrik edib

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib.

YeniAvropa həmin paylaşımı təqdim edir:

“Əziz həmvətənlər,

Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və pezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.