Azərbaycan və Lüksemburq yığmalarının start heyəti açıqlanıb
Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək.
YeniAvropa xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komandamız altıncı turunda Lüksemburq yığmasının qonağı olacaq.
Lüksemburqun "Jozi Bartel" stadionunda keçiriləcək qarşılaşma üçün komandaların start heyəti müəyyənləşib.
Azərbaycan milli komandasının start heyətində meydana Şəhruddin Məhəmmədəliyev, Anton Krivotsyuk, Amin Sevdiyev, Bədavi Hüseynov, Azər Salahlı, Qara Qarayev, İsmayıl İbrahimli, Tellur Mütəlimov, Ramil Şeydayev və Mahir Əmrəli çıxacaqlar.
Lüksemburq seçməsinin ilk onbirliyində isə Ralf Şon, Aldin Skenderoviç, Lars Jerson, Enes Maxmutoviç, Loran Yans, Leandru Barreyru Martinş, Danel Sinani, Maykl Pintu, Vensan Til, Moris Devil və Edvin Muratoviç yer alıblar.
Qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.
Referi Feliks Tsvayerə yan xətt hakimləri Torsten Şiffner və Marko Axmüller kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirəcək.
Hakim-inspektor İngiltərədən Maykl Rayli, UEFA nümayəndəsi isə niderlandlı Tammo Beyşuizen olacaq.
Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Hazırda 5 xalla 3-cü sırada yer alan milli qrupdan çıxma şansını itirib. Komanda 4 xalla sonuncu yerdə qərarlaşan Kipr seçməsi ilə C Liqasında qalmaq uğrunda mübarizə aparır. Lüksemburq isə 9 xalla 2-ci pilləni tutur.
Azərbaycan millisinin heyətində müdafiəçilər Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün, Abbas Hüseynov isə zədə səbəbindən oynamayacaq. Lüksemburqda isə Vahid Selimoviç və Dirk Karlson cəzalı olduqları üçün matçı buraxacaqlar. Zədəli Leandro Barreyronun meydana çıxması isə sual altındadır.
Azərbaycan yığması bu komanda ilə Bakıdakı görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.
Millimizin yer aldığı qrupun digər oyununda Monteneqro seçməsi Kipr yığmasını qəbul edir.
Qeyd edək ki, komandamız Lüksemburqa səfərin ilk gündən qaldığı otelin qarşısında daimi polis patrulu yerləşdirilib. Yerli federasiya dronlardan istifadənin qadağan edilməsi üçün Nəqliyyat Nazirliyinə müraciət edib.
Nazirlik stadion yaxınlığında vəziyyətin izləniləcəyini bildirib.
Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb