UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirmək üçün Azərbaycan milli komandası Lüksemburqa gəlib.
YeniAvropa AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimizi hava limanında bir qrup azarkeş qarşılayaraq komandamıza uğurlar arzulayıb.
Qeyd edək ki, Lüksemburq - Azərbaycan oyunu noyabrın 17-də, Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.