Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Monteneqro oyunu başa çatıb.
YeniAvropa xəbər verir ki, Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
İlk hissədə rəqibin futbolçusu İqor İvanoviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq
ikinci hissədə Azərbaycan millisi rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yaratsa da say azlığından istifadə edə bilməyib.
C Liqasının birinci qrupunun digər görüşündə Kipr seçməsi Lüksemburq yığması ilə üz-üzə gəlib. Görüş Kiprın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beş turdan sonra 10 xalla Monteneqro millisi birinci, Lüksemburq 9 xalla ikinci, Azərbaycan milisi 5 xalla üçüncü, aktivində 4 xallı olan Kipr yığması isə dördüncü yerdə qərarlaşıb.
Millimiz növbəti oyununu səfərdə Lüksemburq yığması ilə keçirəcək. Həmin oyun noyabrın 17-də baş tutacaq.