logo

"Qarabağ" növbəti ev oyununu da Türkiyədə keçirəcək

15:51 14-11-2020 | icon 2618
"Qarabağ" növbəti ev oyununu da Türkiyədə keçirəcək

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyənin "Sivasspor" klubuna qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib.

 YeniAvropa UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, noyabrın 26-da baş tutacaq qarşılaşma Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda təşkil olunacaq.

Xatırladaq ki, "Qarabağ" "Sivasspor"la matçın Bakıda keçirilməsi üçün Avropa futbol qurumuna müraciət etmişdi.

Ağdam təmsilçisi II turda İspaniyanın "Vilyareal" komandasına eyni arenada 1:3 hesabı ilə uduzub. Ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.