logo

Cinayət törətməyə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir

13:28 29-10-2020 | icon 1596
Cinayət törətməyə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir

Azərbaycan bütün cəbhə xətti boyunca düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə jurnalistlərə müsahibəsində deyib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan xalqı prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib: “Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Qardaş Türkiyənin dəstəyi Azərbaycanın haqq işini gücləndirir. Hazırda eşitdiyiniz kimi, düşmən yenə artilleriyadan atəş açır, amma biz qorxmuruq və qorxmayacağıq”.