logo

Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

14:09 27-10-2020 | icon 2219
Neft Fondu ilin əvvəlindən qızıl ehtiyatlarını artırıb

Cari ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları 0,6 ton artıb.

YeniAvropa xəbər verir ki, bu barədə Neft Fondunun 2020-cu ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatda qeyd edilib. Bildirilib ki, bu il sentyabrın 30-na olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 101,8 ton təşkil edib.

Qeyd edək ki, ilin əvvəlinə olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın həcmi 101,2 ton olub. Beləliklə, Neft Fondu cari ildə qızıl ehtiyatını 0,6 ton artırıb.

Xatırladaq ki,hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 14,4 faizini, ABŞ dolları portfelinin isə 6 milyard 186,3 milyon dollarlıq hissəsi təşkil edir.