logo

Mehriban Əliyeva bir sıra kəndlərin və Qubadlı şəhərinin azad edilməsi münasibətlə xalqımızı təbrik edib

11:10 26-10-2020 | icon 1561
Mehriban Əliyeva bir sıra kəndlərin və Qubadlı şəhərinin azad edilməsi münasibətlə xalqımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

YeniAvropa həmin paylaşımı təqdim edir:

"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"