logo

Səfir Abbas Müsəvi: İran-Azərbaycan sərhədi dostluq, sülh və təhlükəsizlik sərhədi olacaq

17:59 23-10-2020 | icon 1554
Səfir Abbas Müsəvi: İran-Azərbaycan sərhədi dostluq, sülh və təhlükəsizlik sərhədi olacaq

Cənab prezident, bədxahların mövcudluğu və müdaxiləsi olmadan İran və Azərbaycan arasındakı 760 kilometrlik dövlət sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq.

 YeniAvropa xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvi özünün “Twitter” hesabında yazıb.

Səfir bildirib ki, iranlılar Azərbaycandakı müsəlman qardaş və bacılarının xoşbəxtliyinə sevinir.

Qeyd edək ki, Zəngilan rayonunun Ağbənd qəsəbəsinin ordumuz tərəfindən işğaldan azad edilməsi ilə Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət sərhədinin tam nəzarətinə götürülüb. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və İran xalqlarını təbrik edib.

İranın ölkəmizdəki səfiri bu təbrikə münasibət bildirib və iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin davam edəcəyini bildirib.