logo

Azərbaycanda daha 803 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

15:23 23-10-2020 | icon 1883
Azərbaycanda daha 803 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, daha 212 nəfər sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 48 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib. Aktiv xəstə sayı 6734 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 270 min 144 test aparılıb. Bugünkü test sayı isə 9951-dir.