logo

Düşmənin Siyəzənə atdığı ballistik raket dənizə düşüb

14:09 22-10-2020 | icon 350
Düşmənin Siyəzənə atdığı ballistik raket dənizə düşüb

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

 YeniAvropa rayon İH-nə istinadla xəbər verir ki, Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib və cəbhə zonasından xeyli aralıda yerləşən Siyəzən rayonuna da “Skad” ballistik taktiki raket atıb. Raket Xəzər dənizinə düşüb.

Böyük dağıdıcı gücə malik olan bu raketin yaşayış məntəqəsinə hədəflənməsi düşmənin əsl niyyətini göstərir.