logo

Prezidentin köməkçisi: Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur

11:59 22-10-2020 | icon 1939
Prezidentin köməkçisi: Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur

Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda olan Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter”də qeyd edib.

Prezidentin köməkçisi bildirib ki, raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb.: "Çox güman ki, vaxtilə Səddam Hüseynin istifadə etdiyi “SCUD” raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur".