logo

“Cənubi Qafqaza sülh yalnız Qarabağ azad edildikdən sonra gələcək”

20:06 21-10-2020 | icon 1827
“Cənubi Qafqaza sülh yalnız Qarabağ azad edildikdən sonra gələcək”

“Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur”.

YeniAvropa xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın “Twitter” səhifəsində yazıb.

O bildirib ki, kimin müharibə istədiyi aydındır: “Bu, Türkiyənin və Azərbaycanın haqlılığını bir daha təsdiqlədi: Cənubi Qafqaza sülh və sabitlik yalnız Qarabağ azad edildikdən sonra gələcək”.