logo

Gürcüstanda banka silahlı hücum

16:49 21-10-2020 | icon 2282
Gürcüstanda banka silahlı hücum

Zuqdidi şəhərində silahlı şəxs Gürcüstan Bankının yerli şöbəsindəki insanları girov götürüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, girovlar arasında həm bankın əməkdaşları, həm də müştəriləri var.

Hazırda xüsusi əməliyyat keçirilir. Hadisə yerinə xüsusi təyinatlılar gəlib.

“Rustavi 2” telekanalının məlumatına görə, bankın filialında 30 nəfərədək insan var. Onları girov götürən şəxsin qumbara və avtomatla silahlandığı bildirilir.

Ölkənin baş naziri Georgi Qaxariyanın sözlərinə görə, cinayətkar təkbaşına fəaliyyət göstərir.