logo

Ağcabədinin yaşayış məntəqələri artilleriya atəşinə tutulub

15:12 19-10-2020 | icon 1883
Ağcabədinin yaşayış məntəqələri artilleriya atəşinə tutulub

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun cəbhə xəttinə yaxın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.Bu gnkü artilleriya zərbələri nəticəsində yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib.

 YeniAvropa xəbər verir ki, Ağcabədi rayonunun düşmənin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri Yuxarı Qiyaməddinli kəndidir. Sentyabrın 27-dən indiyədək kənddə 12 ev tamamilə dağılıb, 44 evə ziyan dəyib.

Qeyd edək ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən, ağrı-acı yaşayan yaşayış məntəqələrindən biridir. Təmas xəttinə yaxın məsafədə yerləşən bu kəndi 1993-cü və 1994-cü illərdə Ermənistan silahlı birləşmələri iki dəfə işğal etsə də, Azərbaycan Ordusu tərəfindən düşməndən azad olunub. Kəndi tərk etməyə məcbur qalan ermənilər evləri yandıraraq, hər tərəfə mina basdırıblar. Öz doğma yurdlarına qayıdan kənd sakinləri ötən dövr ərzində həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsi tez-tez pozmasından əziyyət çəkirlər. Lakin kənddə həyat hər zaman öz axarı ilə davam edir. Kənd sakinləri gündəlik qayğıları ilə məşğul olur, əkib-biçirlər. Buna səbəb isə kəndin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunması, əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan böyük inamıdır.