logo

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb- 22 hərbçi həlak olub

19:11 25-09-2020 | icon 399
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb- 22 hərbçi həlak olub

Ukraynanın Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus “AN 26” təyyarəsi qəzaya uğrayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində 22 hərbçi həlak olub, iki nəfər xəsarət alıb. Daha 4 nəfərin taleyi isə naməlumdur. Təyyarənin göyərtəsində olanların 21-i kursant, 7-si isə zabit olub.