logo

Mehriban Əliyeva Milli Musiqi Günü ilə bağlı paylaşım edib

11:49 18-09-2020 | icon 1736
Mehriban Əliyeva Milli Musiqi Günü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib.

 YeniAvropa xəbər verir ki, paylaşımda deyilir:

“Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram. Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!”.