logo

İranda daha 176 nəfər koronavirusdan öldü

18:11 17-09-2020 | icon 2464
İranda daha 176 nəfər koronavirusdan öldü

Son sutka ərzində İranda 2 815 nəfər koronavirusa (COVID-19) yoluxub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, beləliklə yoluxanların sayı 413 149 nəfərə yüksəlib: "Virus daşıyıcılarından 3 848 nəfərin vəziyyəti ağırdır.

Ötən 24 saat ərzində 176 nəfər koronavirusdan ölüb. Bununla da ölənlərin sayı 23 808 nəfərə çatıb.

İranda indiyədək 355 848 nəfər koronavirusdan sağalıb.