logo

Azərbaycanda daha 119 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

17:07 17-09-2020 | icon 1750
Azərbaycanda daha 119 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 140 nəfər müalicə olunaraq sağalıb, 119 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib. Aktiv xəstə sayı 1917 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 35 min 286 test aparılıb. Bugünkü test sayı isə 7601-dir.