logo

Qanunsuz ov edənlər cəzalandırılıblar

11:30 15-09-2020 | icon 259
Qanunsuz ov edənlər cəzalandırılıblar

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Quba, Bərdə və Samux rayonları ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə xidmətin rəis müavini Bəhruz Məhəmmədov məlumat verib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Mahir Həsənov, Zaur İmanov, Bərdə rayon sakinləri Vüqar Muradov, Məmməd Vəliyev, Mustafa Usubov olduğu məlum edilib və onlardan ov tüfəngləri götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimələnib.