logo

“Qarabağ”-“Mölde” cütünün qalibinin rəqibi müəyyənləşdi

14:50 01-09-2020 | icon 10297
“Qarabağ”-“Mölde” cütünün qalibinin rəqibi müəyyənləşdi

Sentyabrın 1-də UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

YeniAvropa xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin üçüncü təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” klubu Norveçin “Mölde” komandası ilə qarşılaşacaq. Ağdamlılar bu oyunda qalib gələcəyi təqdirdə “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi qarşılaşacaqlar.

Pley-off mərhələsinin ilk matçları sentyabrın 22-də və 23-də adları birinci göstərilən komandaların meydanında, cavab qarşılaşmaları isə sentyabrın 29-da və 30-da oynanılacaq.