Avqustun 31-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi müəyyənləşib. Ağdamlılar III təsnifat mərhələsində doğma meydanda Norveçin “Mölde” komandası ilə qarşılaşacaqlar.
Xatırladaq ki, “Qarabağ” klubu ilk iki mərhələdə Şimali Makedoniyanın “Sileks” (4:0) və Moldovanın “Şerif” (2:1) klublarını mübarizədən kənarlaşdırıb.
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da keçiriləcək.