Bu gün “Qarabağ” və “Neftçi”nin rəqibləri müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsində “Qarabağ”ın, UEFA Avropa Liqasında II təsnifat mərhələsində isə “Neftçi”nin rəqibləri bəlli olacaq.
YeniAvropa xəbər verir ki, ilk iki mərhələdə Şimali Makedoniyanın “Sileks” (4:0) və Moldovanın “Şerif” (2:1) klublarını mübarizədən kənarlaşdırmış Ağdam komandası yenə səpələnmişlər səbətində yer alacaq. Yəni Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin rəqibi daha aşağı reytinqlilərdən ibarət “Səpələnməmişlər” səbətindən çıxacaq.
Potensial rəqiblər isə Norveçin “Mölde”, Danimarkanın “Midtüllann”, Macarıstanın “Ferentsvaroş”, Kiprin “Omoniya” və Belarusun “Dinamo” (Brest) komandalarıdır. Oyunlar sentyabrın 15-16-da püşk nəticəsində adı birinci göstərilən klubların meydanında olacaq.
“Neftçi” isə püşkatmada aşağı reytinqlilərdən ibarət “Səpələnməmişlər” səbətində qərarlaşacaq. Artıq potensial rəqiblərin sayı 3-ə enib. Bunlar Rusiyanın “Dinamo”, Türkiyənin “Qalatasaray” və Qazaxıstanın “Kayrat” klublarıdır.
Tədbirdə 47 cütün tərkibi müəyyənləşəcək. Komandalardan 17-si UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində uduzanlardan ibarət olacaq.
Onların arasında Bakıda “Qarabağ”a 0:4 hesabı ilə yenilən Şimali Makedoniya “Sileks”i də yer alıb. Daha 3 klub Çempionlar Liqasının ilkin mərhələsində məğlubiyyətlə üzləşənlərdir. Beləliklə, üst-üstə 20 klub üçün Çempionlar Yolu üzrə püşkatma keçiriləcək.
Əsas Yola gəldikdə, 27 iştirakçı mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Daha 47 klub I təsnifat mərhələsinin qalibləridir ki, onların arasında Azərbaycan təmsilçilərindən yalnız “Neftçi” yer alıb.
Qeyd edək ki, püşkatma İsveçrənin Nyon şəhərində təşkil olunacaq. UEFA Çempionlar Liqasının püşkü Bakı vaxtı ilə saat 14:00-da, UEFA Avropa Liqasının isə saat 15:00-da başlanacaq.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb