logo

Xətai rayonunda karantin qaydaları pozun restoran aşkarlanıb

11:59 29-08-2020 | icon 2856
Xətai rayonunda karantin qaydaları pozun restoran aşkarlanıb

Xətai rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən edilən vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, XətairRayon Polis İdarəsinin əməkdaşlarının Telnov küçəsində keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, “Legenda – Music Hall Lounge” restoran - musiqi əyləncə mərkəzinin qapalı zallarında və kabinetlərində qəlyan avadanlıqlarından istifadə olunur.

Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan 46 müştəri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə müştərilər barələrdə protokollar tərtib olunaraq, onların hər biri 200 manat cərimə edilib. Obyektin icarədarı isə kobud inzibati qayda pozuntusuna yol verərək sanitar-karantin qaydalarını pozduğu üçün 6 min manat cərimə olunub.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı polis əməkdaşları tərəfindən zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.