logo

Yük maşını ilə piyadanı vurub öldürdü

17:30 28-08-2020 | icon 8680
Yük maşını ilə piyadanı vurub öldürdü

Ağdaş rayonunun Əmrah kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki,  hadisə avqustun 27-də saat 19 radələrində qeydə alınıb. 

X.Bayramov idarə etdiyi “İveco” markalı yük avtomobili ilə yolun kənarında dayanmış Bərdə rayon sakini Akif Aslanovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.