logo

“Qarabağ” UEFA-nın reytinq cədvəlində  62-ci pilləyə yüksəlib

11:55 28-08-2020 | icon 5026
“Qarabağ” UEFA-nın reytinq cədvəlində  62-ci pilləyə yüksəlib

Futbol klublarının yeni UEFA reytinqi açıqlanıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan klublarının mövqelərində dəyişiklik olub. Ağdamın “Qarabağ” klubu 20,500 xalla 62-ci pilləyə yüksəlib. “Styaua” (Rumıniya), “Milan” (İtaliya) və “Standard” (Belçika) da eyni xalla 62-65-ci pillələri bölüşürlər.

Bu il avrokuboklarda iştirak etməyən “Qəbələ” 4 pillə geriləyərək 182-193-cü pillədə qərarlaşıb. Təmsilçimizin hesabında 5,500 xalı var.

Avropa Liqasında “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən “Neftçi” (5,000 xal) 11 pillə irəliləyərək 212-215-ci yerləri bölüşür.

“Keşlə”, “Sumqayıt”, “Səbail”, “Zirə” və “Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdirlər.

Qeyd edək ki, klubların siyahısına “Bavariya” (Almaniya) başçılıq edir.