logo

"Keşlə" də avroliqada mübarizəni dayandırdı

22:53 27-08-2020 | icon 5306
"Keşlə" də avroliqada mübarizəni dayandırdı

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

YeniAvropa xəbər verir ki, təmsilçilərimizdən "Keşlə" də ilk oyununa çıxıb. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edib.

Matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Laçi" (5:4) növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, bu, rəqiblərin Avroliqada ikinci dueli olub. 2015-2016 mövsümündə - Bakı təmsilçisi "İnter" adlanan zamanı rəqibini mübarizədən kənarlaşdırmışdı. Avroliqada 1-ci təsnifat mərhələsinin Albaniyadakı oyununda 1:1 bərabərliyə qalan komandalar Bakıda qolsuz heç-heçə etmiş və "İnter" səfər qolu sayəsində mərhələ adlamışdı.